Şirvanda 35,5 ton saxta sement satışdan çıxarılıb
İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti ötən aydan sement bazarında apardığı monitorinqləri davam etdirir. İndiyədək həyata keçirilən yoxlama-reydlərin hər birində saxta və satışa yararsız məhsullar aşkarlanaraq dövriyyədən çıxarılıb.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Şirvan şəhərində keçirilən növbəti monitorinqdə də belə hallar qeydə alınıb. Belə ki, şəhərin 1 May küçəsində yerləşən və fiziki şəxs Tofiq Abdulova məxsus sement satışı obyektində ümumi çəkisi 35,5 ton olan 710 kisə mənşəyi məlum olmayan sement aşkar olunub. Müəyyən edilmiş mənşəyi məlum olmayan sement dövriyyədən çıxarılıb və onun keyfiyyətinin yoxlanması üçün götürülmüş nümunə laborator müayinəyə göndərilib.
Xatırladaq ki, İstehlak Bazarına nəzarət üzrə Dövlət Xidməti ilin əvvəlindən bəri bazarlarda 535 tona yaxın saxta sement aşkarlayıb.
Elxan SALAHOV

Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39
Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11
Azərbaycanda maşın bazarındakı SATICI FIRILDAQLARI - Araşdırma
2 iyul 2025 , 10:04
Bakının bu qəsəbəsində işıq olmayacaq
2 iyul 2025 , 09:15