Nazirlər ekoloji sərgiyə baxıb
Bakıda “Azərbaycan yaşıl dünya naminə” üç günlük beynəlxalq sərgi keçirilir
Bu gün Bakıda “Azərbaycan yaşıl dünya naminə” devizi altında beynəlxalq ekoloji sərgi keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, Ticarət və Sənaye Palatasının təşkilatçılığı Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən sərgiyə Azərbaycanın dövlət və hökumət nümayəndələri də qatılıb. Onların arasında ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də olub.
Beynəlxalq sərgidə ekoloji problemlərin həllində qabaqcıl təcrübəyə malik 30-a yaxın xarici, eləcə də yerli şirkətlər, o cümlədən dövlət qurumları və qeyri hökumət təşkilatları iştirak edirlər. 2010-cu ilin Azərbaycanda “Ekologiya ili” elan olunması münasibəti ilə keçirilən sərginin əsas məqsədi ölkəmizdə və digər xarici ölkələrdə ətraf mühitin sağlamlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin və “yaşıl” texnologiyaların geniş auditoriyaya təqdim edilməsi, bu sahədə şirkətlər tərəfindən qazanılmış qabaqcıl təcrübənin nümayiş etdirilməsi, təcrübə mübadiləsinin aparılması, yeni əlaqələrin qurulmasıdır. “Azərbaycan Yaşıl Dünya naminə” beynəlxalq sərgi ətraf mühitlə bağlı bütün sahələri (xüsusi mühafizə olunan təbiət əraziləri, su bioresursları, meşələr, ətraf mühitin monitorinqi, hidrometeorologiya, neft-qaz sektoru, meliorasiya və su təsərrüfatı, su təchizatı və kanalizasiya, kənd təsərrüfatı) əhatə edir.
Üç gün davam edəcək sərgiyə Ekologiya və Təbii Sərvətlər Nazirliyi dəstək verib.
Elxan SALAHOV

Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39
Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11
Azərbaycanda maşın bazarındakı SATICI FIRILDAQLARI - Araşdırma
2 iyul 2025 , 10:04
Bakının bu qəsəbəsində işıq olmayacaq
2 iyul 2025 , 09:15