İranda 50 milyard dollarlıq nəhəng qaz yatağı kəşf olunub
17 yanvar 2011 13:58 (UTC +04:00)

İranda 50 milyard dollarlıq nəhəng qaz yatağı kəşf olunub

Lent.az-ın “bfm.ru” saytına istinadən verdiyi məlumata görə, bu barədə İranın neft naziri Məsud Mirkazım məlumat verib.

Qaz yatağı Assaluye şəhəri yaxınlığında yerləşir və bu yataqda 260 milyard kubmetr qaz olduğu ehtimal edilir. “Xəyam” yatağında 220 milyon ton qaz kondensatı var. Bu yataqdan gün ərzində 24 milyon kubmetr qaz çıxarılması gözlənilir.

Məsud Mirkazım bildirib ki, 2009-cu ilin avqustundan 2010-cu ilin avqustuna qədər ölkədə 13 yeni qaz və neft yatağı aşkarlanıb. Bu yataqlarda 14 milyard barel neft və 45 trilyon kubmetr qaz var.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 586

Oxşar yazılar