(R) “NBC Bank”  “İlin Etimad Bankı”  seçildi
06 dekabr 2010 16:45 (UTC +04:00)

(R) “NBC Bank” “İlin Etimad Bankı” seçildi

Azərbaycanın bank sektorunda xüsusi yeri olan “NBCBank” ASC, biznesdə layiqli tərəfdaş olduğunu növbəti dəfə sübut etmiş oldu. AZERI BUSINESS AWARD Milli Mükafatına layiq görülən şirkət “İLİN ETİMAD BANKI” seçilib.

AZERI BUSINESS AWARD Milli mükafatı Azərbaycanın işgüzar aləmlə bağlı aparıcı nəşrlərindən olan “Business Time” jurnalı tərəfindən təsis olunub. Mükafatın təsis edilməsində məqsəd ən yaxşı fəaliyyət nümayiş etdirən şirkətlərin adlarını açıqlamaqla milli biznesimizin yeni imicini yaratmaqdan ibarətdir. Ölkədə işgüzar etikanın yeni standartlarını təbliğ edən AZERI BUSINESS AWARD Milli Mükafatının qalibləri hər ilin yekunlarına görə müəyyənləşdirilir.

2010-cu il “NBC Bank” üçün çox uğurlu bir il oldu. İlk növbədə bankın komandası peşəkar əməkdaşlarla möhkəmləndi. Bu, uğur qazanmaq üçün çox vacib amildir. Son illərlə müqayisədə bankın göstəricilərində artımı görmək mümkündür. Son iki ildə “NBC Bank” aktivlərin ümumi həcmində 27% artıma nail olub. Kredit portfelində 32% artım, istehlak kreditlərində 21%, avtomobil kreditlərinə isə 15% artım əldə olunub. Bankın ən uğurlu göstərici isə fiziki şəxslərdən cəlb edilmiş əmanətlərin artımı ilə bağlıdır. Belə ki, “NBC Bank” fiziki şəxslərdən cəlb edilmiş əmanətlərdə 2,4 dəfə artıma nail olub. Bu da əmanətçilərin banka qarşı etimadının bariz göstəricisidir. Yeri gəlmişkən Azərbaycan bank bazarında analoji göstərici 47% təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 911

Oxşar yazılar