Yeni investisiya layihələrinin qəbuluna başlanır
Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin iki istiqaməti əhatə etməlidir. Bunlardan birincisi camışçılığın, balıqçılığın və zeytunçuluğun inkişafını, ikincisi isə ətlik istiqamətli quşçuluq və damazlıq broyler təsərrüfatlarının yaradılması və ya müasir texnologiyaların tətbiqi ilə yenidən qurulmasını nəzərdə tutur.
“Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”na uyğun olaraq, bu gündən etibarən sahibkarlıq subyektləri müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.
Elxan SALAHOV

654