Kürdə aparılan hidroloji monitorinqin nəticələri açıqlandı
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının 26 may 2010-cu il tarixində apardıqları ölçmə işlərinin nəticəsinə görə, Kür çayının Bankə məntəqəsində suyun səviyyəsi 4,46 m və ya 24,62 mBS, ümumi su sərfi 920 m3/s, axının orta sürəti 1,20 m/s, suyun maksimal sürəti isə 1,92 m/s təşkil edib.
Lent.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Mərkəzi Aran rayonlarında yağıntıların miqdarı aprel ayında normadan 2-4, may ayında 1,5 dəfə çox müşahidə edilib.
Xatırladaq ki, 2010-cu ilin aprel-may aylarında yağan intensiv yağışlar nəticəsində Kür çayında su sərfi yüksək həddə çataraq, ətraf ərazilər üçün təhlükə mənbəyi yaradıb.
Sentyabrın 24-dən başlayaraq sentyabrın 28-dək nazirliyin mütəxəssisləri Kür çayında və onun deltasında suyun ümumi sərfi və onun qollarda paylanması, orta axın sürəti, habelə dərinlik ölçülərini əhatə edən hidroloji monitorinq işləri aparıblar. Müşahidə və ölçmə işləri nəticəsində Neftçala rayonunun Bankə qəsəbəsində Kür çayında suyun ümumi sərfinin 292 m3/s (100%), suyun orta axın sürətinin 0,54 m/s, yeni kanalın girişində ümumi su sərfinin 165 m3/s (56,5%), suyun orta axın sürətinin 0,62 m/s olduğu qeydə alınıb. Eyni zamanda Bala Kürün girişində ümumi su sərfi 114 m3/s (39%), Ana Kürdə açılmış təbii qollarda isə ümumi su sərfi 8 m3/s (3%) olub. Yeni kanalın dənizə töküldüyü yerdə axının maksimal sürəti 0,93 m/s olduğu qeydə alınıb.
Hazırda Xəzər dənizinin səviyyəsi -27,11 mBS təşkil edir. Kür çayında aparılan müşahidələr zamanı Kür çayında orta dərinliyin 8,22 m, Bala Kürdə 3,35 m, Ana Kürdə isə 0,3-0,4 m-dir. Yeni açılmış kanalın girişində dərinliyin 5,1 m olduğu, kanalın orta hissəsində 4,95 m-ə çatdığı, deltaya doğru isə tədricən azalaraq 3,5 m-ə qədər dəyişdiyi qeydə alınıb. Yeni kanalın mənsəbində dərinliyin 4,4 m, mənsəbdən dənizə doğru təxminən 3 km məsafədə 4,2-4,5 m-ə çatdığı müşahidə olunub. Hazırda yeni kanalda “Azərenerjitikintiquraşdırma” Səhmdar Cəmiyyətinə məxsus ixtisaslaşdırılmış “İnam” lilsoran gəmisi dib dərinləşdirmə işlərini həyata keçirir.
Beləliklə, ölçmələr nəticəsində Kür çayına daxil olan ümumi suyun (292 m3/s) paylanma sərfinin yeni qolda 165 m3/s, Bala Kürdə 114 m3/s, Ana Kürdə isə 8 m3/s olduğu qeydə alınıb.

785