Əməkdar artist Aybəniz Haşımovanın səhhətində problem yaranıb.
Bu barədə Lent.az-a danışan sənətkar bildirib ki, ayaqları şişib və yerimə problemi yaranıb.
A. Haşımova bir neçə gündür müalicə aldığını bildirib.
"7 gündür reabilitasiya mərkəzində müalicə alıram. Ayaqlarımın problemi 60 faiz həll olunub. Allah hər kəsi sağlamlıqla mükafatlandırsın" - deyə, sənətkar qeyd edib.