"Azərbaycan bandası"  futbolçunu döyüb öldürmüşdü:  evlərində axtarış aparıldı
17 oktyabr 2025 14:28 (UTC +04:00)

"Azərbaycan bandası" futbolçunu döyüb öldürmüşdü: evlərində axtarış aparıldı

0

Rusiyanın Moskva vilayətinin Şolkovo şəhərində 20 yaşlı futbolçu Arseniy Yeroşeviçə qarşı amansız hücumda şübhəli bilinən şəxslərin evlərində axtarışlar aparılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, məhkəmə qərarlarına əsasən, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə ilə əlaqəsi olan şəxslərin yaşayış yerlərində axtarış tədbirləri həyata keçiriblər.

Qeyd edək ki, hadisə 2025-ci ilin avqust ayının sonunda baş verib. Qarşılaşmadan sonra azərbaycanlılardan ibarət “Dizel” komandasının oyunçuları “Rusiya icması” klubunun futbolçusu Arseniyi küçədə “söhbət”ə çağırıblar. Dava zamanı bir neçə miqrant ona xəsarət yetirib, o cümlədən başının arxasına zərbə vurublar. Zərbədən sonra o yıxılıb, lakin bundan sonra da döyməyə davam ediblər.

Daha sonra zərərçəkmiş ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Ona kəllə sümüyünün sınığı, qırtlağın zədələnməsi və beyin hematoması diaqnozu qoyulub. Yeroşeviç bir neçə əməliyyat keçirib və komaya düşüb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

İstintaq orqanları hadisə ilə bağlı ehtiyatsızlıq nəticəsində ölümə səbəb olan qəsdən ağır bədən xəsarəti yetirmə maddəsi üzrə cinayət işi açıb. Hücumda iştirak etdiyinə görə dörd miqrant şübhəli şəxs qismində saxlanılıb. Yerli telegram kanallarının məlumatına görə, saxlanılan şəxslərdən biri “Azərbaycan bandası”nın üzvüdür və bu dəstə futbolçunu o qədər döyüb ki, o, aldığı xəsarətlərdən ölüb.

Xatırladaq ki, Arseniy Yeroşeviç “Rusiya icması” klubunun kapitanı olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 216

Oxşar yazılar