Avtobus 40 dəqiqədən bir  gəlir - Sərnişinlərin "canı boğazına yığılıb"
10 oktyabr 2025 17:15 (UTC +04:00)

Avtobus 40 dəqiqədən bir gəlir - Sərnişinlərin "canı boğazına yığılıb"

0

Sərnişinlər 6 saylı marşrut xəttindən şikayətçidirlər.

Lent.az-a məlumat verən şikayətçilərin sözlərinə görə, 6 saylı marşrutlar 40 dəqiqəlik intervalla çalışır. Gələn avtobuslarda isə ayaq basmağa yer olmur. 

Narazılıqlarla bağlı AYNA-dan Lent.az-ın sorğusuna cavabda bildirilib ki, hazırda 6 saylı marşrutda hərəkət intervalı 8 dəqiqə olmaqla 18 avtobus fəaliyyət göstərir. Lakin günün pik saatlarında yaranan nəqliyyat sıxlığı səbəbindən avtobusların intervalında artım müşahidə edilir:

"6 saylı marşrut üzrə avtobusların sayının sərnişin axınına uyğun nizamlanması, günün pik saatlarında sərnişin sıxlığı yaranacağı təqdirdə marşruta əlavə avtobusların cəlb edilməsi, marşrutun nizamlı fəaliyyətinin təmin olunması barədə daşıyıcıya tapşırıq verilib". 

Qeyd edək ki, həftənin bəzi günləri 125 saylı marşrut xəttində də axşam saat 8-dən sonra ciddi problem yaranır. Redaksiyamıza müraciət edən sərnişinlərin sözlərinə görə, bəzən Səməd Vurğun bağının qarşısındakı dayanacaqda 20-25 dəqiqə avtobus gözləməli olurlar. Onların iddiasına görə, bunun başlıca səbəbi həmin vaxt avtobusların bir neçəsinin dalbadal xəttən çıxarılaraq "DEPO"ya göndərilməsidir. Nəticədə 2-3 avtobusun əvəzinə marşruta bir avtobus buraxılır. Buna görə də sərnişinlər həm 20-25 dəqiqə avtobus gözləyir, həm də sərnişin çoxluğundan bəzi dayanacaqlarda sürücülər avtobusu saxlamırlar.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 388

Oxşar yazılar