“Çelsi”nin ulduzu “Qarabağ”la oyuna gəlməyəcək
17 oktyabr 2025 14:14 (UTC +04:00)

“Çelsi”nin ulduzu “Qarabağ”la oyuna gəlməyəcək

0

“Çelsi”nin yarımmüdafiəçisi Koul Palmer zədə səbəbindən daha altı həftə meydana çıxa bilməyəcək.

Lent.az xəbər verir ki, bu barədə klubun baş məşqçisi Enzo Mareska mətbuat konfransında bildirib:

“Biz Koulun vəziyyətini imkan daxilində qorumağa çalışırıq. Ən vacib olan odur ki, o, qayıdanda tam formada olsun. Tibb personalı sehrbaz deyil. Ümid edirik ki, altı həftə bərpa üçün kifayət edəcək. Prosesi tədricən izləməliyik. Əminəm ki, hər şey yaxşı olacaq. O, sakit görünür. Zədəsini sağaltmaq üçün çalışır və bütün lazımi müalicə mərhələlərindən keçir”.

Bundan əvvəl 23 yaşlı ingilis futbolçunun qasıq nahiyəsində problem yarandığı deyilirdi. O, bu mövsüm 4 oyunda 2 qol vurub.

Palmer son dəfə sentyabrın 20-də “Mançester Yunayted”lə keçirilən oyunda (1:2) meydana çıxıb və 21-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, “Çelsi” noyabrın 5-də Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turunda “Qarabağ”la Bakıda qarşılaşacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 346

Oxşar yazılar