Lent.az-ın "Bir sual, bir cavab" rubrikasında növbəti sual heyvanın başqasına vurduğu zərərlə bağlıdır.
Heyvan başqasına zərər vurarsa, sahibi ödəməlidir?
Lent.az xəbər verir ki, Mülki Məcəllənin 1110-cu maddəsinə əsasən, heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur:
“Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir”.