"iPhone 17" -lər rəngini dəyişir - Şikayətlər artır
17 oktyabr 2025 15:12 (UTC +04:00)

"iPhone 17"-lər rəngini dəyişir - Şikayətlər artır

0

Yeni “iPhone 17 Pro Max” modelini zamanla narıncı rəngə keçib. Bu dəyişiklik telefon sahibləri arasında ciddi narazılığa səbəb olub.

Lent.az xəbər verir ki, paylaşılan fotolara əsasən, rəngin dəyişməsi bərabər şəkildə deyil, xüsusilə metal kənarlarda və kamera blokunun ətrafında müşahidə olunur.

Arxa panelin böyük hissəsi isə ilkin narıncı rəngini qoruyur, bu da bərabər olmayan “solma” prosesini təsdiqləyir.

Ekspertlərin fikri: səbəb oksidləşmədir

Problem alüminiumun oksidləşməsi ilə bağlı ola bilər. Adətən “Apple” bu cür halların qarşısını almaq üçün korpus səthinə anodlaşdırma üsulu ilə qoruyucu təbəqə çəkir. Lakin görünür, bəzi cihazlarda bu təbəqə lazımi qədər dayanıqlı olmayıb və nəticədə metal hava ilə təmasda oksidləşərək rəngin dəyişməsinə səbəb olub.

Владельцы iPhone 17 Pro Max жалуются на изменение цвета оранжевого корпуса.

İstehsal qüsuru ola bilər

Ekspertlər ehtimal edirlər ki, bu hadisə istehsal texnologiyasındakı pozuntu ilə əlaqədardır. Ola bilsin, cihazların müəyyən partiyasında qoruyucu örtük düzgün tətbiq edilməyib. Nəticədə korpusun bəzi hissələri havadakı oksigenlə reaksiyaya girərək, rəngin dəyişməsinə və “çəhrayılaşmaya” gətirib çıxarıb.

“Apple”dən hələlik rəsmi açıqlama yoxdur

Hazırda “Apple” şirkəti bu məsələ ilə bağlı rəsmi açıqlama verməyib. Bununla belə, “iPhone 17 Pro Max” sahibləri ümid edirlər ki, şirkət bu “rəngli problem”i istehsal qüsuru kimi tanıyacaq və cihazlar zəmanət çərçivəsində pulsuz dəyişdiriləcək.

Digər problemlər də müşahidə olunub

Qeyd edək ki, daha əvvəl iPhone 17 Pro və iPhone 17 Air modellərinin sahibləri də şüşə arxa paneldə və kamera modulunda cızıqların və çatların tez əmələ gəlməsindən şikayətləniblər.

Владельцы iPhone 17 Pro Max жалуются на изменение цвета оранжевого корпуса.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 996

Oxşar yazılar