
Bakı Bulvarından dənizə pilləkən qoyulub
Hazırda təmir işləri aparılan Şəhərkənarı Milli Parkda (Bakı Bulvarı) paytaxt sakinləri üçün sürpriz hazırlanır. Lent.az-ın müxbiri xəbər verir ki, bulvar boyu dənizlə bitişik yerlərdə qurudan suya doğru olan hissədə pilləkənlər quraşdırılır. Bulvara çıxan sakinlər həmin pilləkənlər vasitəsilə Xəzər dənizinin ləpədöyəninə qədər irəliləyə biləcəklər. Pilləkənlər xüsusi olaraq əraziyə gətirilmiş çınqıl daşlardan istifadə edilməklə quraşdırılıb. Pilləkənlərin üst tərəfində qum və sementdən istifadə olunmayıb. Çınqıl daşları yalnız üzərinə çəkilmiş məftil torlar saxlayır. Qum və sementdən deyil, məhz bu üsuldan istifadə olunmanın səbəbi isə dəniz suyunun pilləkənləri yumağının qarşısını almaqdır.
Ərazidə çalışanlar Lent.az-ın əməkdaşı ilə söhbətində bildirib ki, bu cür pilləkənlər bütün bulvar boyunca quraşdırılacaq. Bu cür pilləkənlər hələlik yalnız bir neçə metrlik ərazidə quraşdırılıb. İş davam etdirilir.
Pərvin ABBASOV
Ərazidə çalışanlar Lent.az-ın əməkdaşı ilə söhbətində bildirib ki, bu cür pilləkənlər bütün bulvar boyunca quraşdırılacaq. Bu cür pilləkənlər hələlik yalnız bir neçə metrlik ərazidə quraşdırılıb. İş davam etdirilir.
Pərvin ABBASOV
Oxşar yazılar

“Azercell Könüllüləri” bayram günlərində növbəti xeyriyyə təşəbbüsü həyata keçirib
2 aprel 2025 , 17:48
Abşeron dairəvi marşrutunda yeni qatar istifadəyə verildi
1 aprel 2025 , 15:02
Unibankdan 1 aprel aksiyası: Komissiyasız kredit!
1 aprel 2025 , 10:55
Bu yumurta 912 manata satıldı
25 mart 2025 , 19:22
"AZERCELL CUP 2025" müsabiqəsinə qeydiyyat davam edir
25 mart 2025 , 13:14
ABB-nin dəstəyi ilə “Şuşa baharı” başlandı
19 mart 2025 , 18:44