Azərbaycanın susuz və kanalizasiyasız şəhərləri
Asiya İnkişaf Bankının nümayəndələri bu problemi həll etmək üçün Bakıya gələcək
Asiya İnkişaf Bankının şəhərsalma üzrə mütəxəssisləri yaxın vaxtlarda Bakıya səfər edəcək. Bir neçə gün davam edəcək səfərin əsas məqsədi “Şəhər su təchizatı və kanalizasiya layihəsi” adlı proqramın həyata keçirilməsini müzakirə etməkdir.
Dövlət Arxitektura və Şəhərsalma Komitəsindən Lent.az-a bildiriblər ki, nümayəndə heyətinə Asiya İnkişaf Bankının şəhərlərin inkişafı üzrə əlaqələndiricisi Vicay Padmanabxa rəhbərlik edəcək. Nümayəndə heyətinin hökumət orqanları ilə bir sıra görüşləri nəzərdə tutulub. Görüşlərdə şəhərlərin və rayon mərkəzlərinin içməli su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması məsələləri müzakirə ediləcək.
Xatırladaq ki, ötən il Asiya İnkişaf Bankı ilə Azərbaycan hökuməti arasında “Şəhər su təchizatı və kanalizasiya layihəsi” üzrə saziş imzalanıb. Layihənin məqsədi Ağdaş, Göyçay və Naxçıvanda su təchizatı, kanalizasiya-sanitariya xidmətlərinin keyfiyyət və etibarlığını təmin etməkdir. Dövlət Arxitektura və Şəhərsalma Komitəsində bildirirlər ki, layihə hazırda icra olunmaqdadır. Bankın nümayəndələri səfər çərçivəsində layihənin icra vəziyyəti ilə tanış olduqdan sonra növbəti mərhələ barədə fikir mübadiləsi aparacaqlar.
Yeri gəlmişkən, Asiya İnkişaf Bankı “Şəhər su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində Azərbaycana 30 milyon dollar həcmində kredit ayırıb. Bir neçə komponenti özündə birləşdirən layihə su və kanalizasiya sistemləri üzrə infrastrukturun qurulmasını və maddi texniki bazanın formalaşdırılmasını nəzərdə tutur.
Elxan SALAHOV

Oxşar yazılar

Bakının bu rayonlarında QAZ OLMAYACAQ
14 avqust 2025 , 09:36
Bitkoin tarixi rekordunu yenilədi
14 avqust 2025 , 04:30
“Azərişıq” yenidən TƏŞKİL EDİLİR
13 avqust 2025 , 12:22
Bakıda 30-cu Yubiley Xəzər İnşaat Həftəsi keçiriləcək
13 avqust 2025 , 11:25
Azərbaycanda qadın avtobus sürücüləri olacaq
13 avqust 2025 , 09:57
"Azercell" müştəri xidmətlərini rəqəmsallaşdırmağa davam edir
12 avqust 2025 , 13:24
“Sıfır Tullantı” Həmrəylik Marafonu davam edir: Xəzər Günündə 768 kq tullantı toplanıldı
12 avqust 2025 , 12:44