Zelenski baş məşqçini bütün titullardan məhrum etdi
23 noyabr 2024 14:09 (UTC +04:00)

Zelenski baş məşqçini bütün titullardan məhrum etdi

Ukrayna prezidenti Vladimir Zelenski “Zenit”in baş məşqçisi Anatoli Timoşçukun dövlət mükafatlarından məhrum edilməsi haqqında fərman imzalayıb. 

Lent.az xarici mediaya istinadla bildirir ki, mükafatlardan məhrum edilənlər siyahısına Ukrayna millisinin sabiq futbolçusu ilə yanaşı daha 33 nəfərin adı salınıb.

2022-ci ilin martında Ukrayna Futbol Assosiasiyasının Nəzarət və İntizam Komitəsi Anatoli Timoşçuku Pro səviyyəli lisenziyasından və Ukraynada qazanılan bütün titullardan məhrum edib. Anatoli Timoşçuk İdman Arbitraj Məhkəməsinə (CAS) UAF-ın onu məşqçilik lisenziyasından və milli səviyyədə titullarından məhrum etmək qərarına qarşı iddia qaldırıb. Bu yaxınlarda məlum olub ki, CAS UAF-nin qərarından apellyasiya şikayəti vermək məsələsində Timoşçukun tərəfini tutub.

Anatoli Timoşçuk Ukrayna millisinin heyətində keçirdiyi oyunların sayına (144 oyun) görə rekordçudur. O, Donetsk "Şaxtyor"u ilə üç dəfə ölkə çempionu olub, həmçinin üç dəfə Ukrayna kuboku və bir Superkuboku qazanıb.

45 yaşlı Timoşçuk 2007-2009 və 2013-2015-ci illərdə "Zenit"də çıxış edib, 2017-ci ildən isə Sankt-Peterburq komandasının məşqçilər korpusunda yer alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4825

Oxşar yazılar

İspaniya finalda Portuqaliyanın  rəqibi oldu

İspaniya finalda Portuqaliyanın rəqibi oldu

6 iyun 2025 , 01:08
Əməliyyat başa çatdı:  “Yuventus” “Milan”ın futbolçusunu aldı

Əməliyyat başa çatdı: “Yuventus” “Milan”ın futbolçusunu aldı

5 iyun 2025 , 19:46
Dünyanın ən yaxşı 10 mərkəz  hücumçusu - SİYAHI

Dünyanın ən yaxşı 10 mərkəz hücumçusu - SİYAHI

5 iyun 2025 , 17:18
Dünyanın ən yaxşı   10 cinah oyunçusu - SİYAHI

Dünyanın ən yaxşı 10 cinah oyunçusu - SİYAHI

5 iyun 2025 , 14:31
Simone İnzaqi "Əl-Hilal"ın  baş məşqçisi  təyin edildi

Simone İnzaqi "Əl-Hilal"ın baş məşqçisi təyin edildi

5 iyun 2025 , 12:20
"Real" PSJ-nin transferini əlindən aldı

"Real" PSJ-nin transferini əlindən aldı

5 iyun 2025 , 09:39
Messinin yeni klubu  açıqlandı

Messinin yeni klubu açıqlandı

5 iyun 2025 , 03:39
Portuqaliya Ronaldonun qolu ilə finala çıxdı

Portuqaliya Ronaldonun qolu ilə finala çıxdı

5 iyun 2025 , 01:07