“Yuventus” və “Barselona” bu futbolçu üçün  hərəkətə keçdi
29 yanvar 2022 09:10 (UTC +04:00)

“Yuventus” və “Barselona” bu futbolçu üçün hərəkətə keçdi

“Arsenal” futbolçusu Pyer-Emerik Obameyanqın keçidi ilə bağlı iki təklif alıb.

Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, “Yuventus”la “Barselona” 32 yaşlı hücumçunun xidmətində maraqlıdır.

Hər iki klub qabonlu forvardı mövsümün sonunadək icarəyə götürmək istəyir. Hazırda futbolçunun maaşı və icarə müddəti ilə bağlı danışıqlar aparılır.

“Arsenal” həftədə 350 min funt sterlinq qazanan hücumçunu uzun müddətə icarəyə verməkdə maraqlıdır. “Yuventus”la “Barselona” isə Obameyanqı mövsümün sonunadək götürməyi planlaşdırır.

Qeyd edək ki, baş məşqçi Mikel Arteta ilə problem üzündən dekabrın əvvəlindən meydana çıxmayan Pyer-Emerik komandanın Dubay toplanışına da aparılmayıb.

# 1305
avatar

Oxşar yazılar