Xorvatiyalı oyunçu futbol tarixində ilkə imza atdı
17 avqust 2023 13:00 (UTC +04:00)

Xorvatiyalı oyunçu futbol tarixində ilkə imza atdı

“Mançester Siti”nin xorvatiyalı yarımmüdafiəçisi Mateo Kovaçiç üç fərqli klubla UEFA Superkubokunu qazanan ilk futbolçu olub.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, avqustun 16-da Pireydəki Karaiskakis stadionunda keçirilən “Siti” – “Sevilya” görüşü 11 metrlik zərbələr seriyasında ingilislərin qələbəsi ilə yekunlaşıb. Onun cəhdini Kovaçiç özü həyata keçirib.

Xorvatiyalı daha əvvəl iki dəfə “Real Madrid” (2016 və 2017) və London “Çelsi”si (2021) ilə kuboku qazanıb.

Kovaçiç 2023-cü ilin yayında “Siti”yə keçib. O, “vətəndaşlar”la dörd illik müqavilə imzalayıb.

“Sevilya” ilə oyundan sonra “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasının (APL) təşkilatçılarını 2-ci turun təqvimi ilə bağlı tənqid edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2937
avatar

Oxşar yazılar