Yozef Blatterə qarşı cinayət işi açıldı
25 sentyabr 2015 20:20 (UTC +04:00)

Yozef Blatterə qarşı cinayət işi açıldı

0

İsveçrə prokurorluğu FİFA-nın prezidenti Yozef Blatterə qarşı cinayət işi açıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, sentyabrın 25-də Y.Blatter prokurorluq əməkdaşları tərəfindən dindirilib.

 

Bundan əvvəl naməlum səbəbdən onun mətbuat konfransı ləğv edilib. İsveçrə prokurorluğunun məlumatına görə, FİFA prezidenti vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinir.

 

Y.Blatterin ofisində axtarış həyata keçirilib və bütün sənədlər götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 377

Oxşar yazılar