Yığmamız liderliyi əldən verdi
13 aprel 2013 11:40 (UTC +04:00)

Yığmamız liderliyi əldən verdi

Ağırlıqqaldırma üzrə Azərbaycan millisi Albaniyanın paytaxtı Tiranada keçirilən kişilər və qadınlar arasında Avropa çempionatında ümumi komanda hesabında liderliyi əldən verib. Lent. az-ın məlumatına görə, buna ötən gün mübarizəyə qatılan daha bir təmsilçimiz Alyona Kiriyenkonun mükafatçılar sırasına düşə bilməməsi səbəb olub.

 

Qadınlar arasında 69 kq çəki dərəcəsində mübarizə aparan Kiriyenko birdən 93 kq ağırlıq qaldıraraq, 7-ci, təkanla 123 kq-ın öhdəsindən gələrək 5-ci, 2 hərəkətin cəmində isə 216 kq nəticə ilə 4-cü yeri tutub. Medalsız qalsa da, atletimiz ötənilki nəticəsindən 5 pillə irəli gedib.

 

Əvəzində Rusiya millisi liderliyə yiyələnib. Hazırda şimal qonşularımızın hesabında 5 qızıl, 1 gümüş medal var. Azərbaycan yığması isə 1 qızıl, 2 gümüş, 1 bürünc medalla 2-ci pillədədir. idman-adi

 

Yığmamız liderliyi əldən verdi

 

Ağırlıqqaldırma üzrə Azərbaycan millisi Albaniyanın paytaxtı Tiranada keçirilən kişilər və qadınlar arasında Avropa çempionatında ümumi komanda hesabında liderliyi əldən verib. Lent. az-ın məlumatına görə, buna ötən gün mübarizəyə qatılan daha bir təmsilçimiz Alyona Kiriyenkonun mükafatçılar sırasına düşə bilməməsi səbəb olub.

 

Qadınlar arasında 69 kq çəki dərəcəsində mübarizə aparan Kiriyenko birdən 93 kq ağırlıq qaldıraraq, 7-ci, təkanla 123 kq-ın öhdəsindən gələrək 5-ci, 2 hərəkətin cəmində isə 216 kq nəticə ilə 4-cü yeri tutub. Medalsız qalsa da, atletimiz ötənilki nəticəsindən 5 pillə irəli gedib.

 

Əvəzində Rusiya millisi liderliyə yiyələnib. Hazırda şimal qonşularımızın hesabında 5 qızıl, 1 gümüş medal var. Azərbaycan yığması isə 1 qızıl, 2 gümüş, 1 bürünc medalla 2-ci pillədədir. 

# 545
avatar

Oxşar yazılar