XXIII Azərbaycan kubokunun püşkatma mərasimi olub
16 oktyabr 2014 00:42 (UTC +04:00)

XXIII Azərbaycan kubokunun püşkatma mərasimi olub

0

Oktyabrın 15-də XXIII Azərbaycan kubokunun püşkatma mərasimi keçirilib.

 

Lent.az-ın AzərTAca istinadən verdiyi xəbərə görə, AFFA-nın inzibati binasında keçirilən tədbirdə 1/16 və 1/8 final mərhələsinin cütləri bəlli olub. Bu mərhələnin oyunları bir görüşdən ibarət olacaq.

 

1/16 finalda “MOİK” – “Lokomotiv”, “Qaradağ Lökbatan” – “Zirə” oyunları, 1/8 finalda isə “Sumqayıt”-“Bakı”, “Xəzər Lənkəran” – “Araz-Naxçıvan”, “Simurq”–“Rəvan”, “Neftçala”–“AZAL”, “Şahdağ”-“İnter”, “Qəbələ”–“Ağsu” qarşılaşmaları keçiriləcək.

 

1/8 finalda, həmçinin “Qarabağ” komandası “MOİK” – “Lokomotiv” cütünün, “Neftçi” isə “Qaradağ Lökbatan”–“Zirə” cütünün qalibi ilə görüşəcək.

 

Qeyd edək ki, 1/16 final mərhələsinin oyunları oktyabrın 22-də, 1/8 final mərhələsinin oyunları isə dekabrın 3-də keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 652

Oxşar yazılar