Xorvatiya Azərbaycan yığmasına “fokus” göstərdi
14 oktyabr 2014 01:43 (UTC +04:00)

Xorvatiya Azərbaycan yığmasına “fokus” göstərdi

0

Apasport.az saytının məlumatına görə, H qrupunda mübarizə aparan komandamız üçüncü görüşünə çıxıb.

 

Palermo şəhərində İtaliya yığmasına 2:1 hesabı ilə uduzan Berti Foqtsun yetirmələri yenə səfər sınağında olub. Millimiz qrupun favoritlərindən olan Xorvatiya ilə münasibətlərinə aydınlıq gətirib.

 

Xal üzünə həsrət qalan komandamız Osiyek şəhərində meydana çıxmağa peşman olub. Xorvatlar matçda 6:0 hesabı ilə qələbə qazanıb. 

 

Görüşdə İvan Perisiç (34; 45) dubl edib. Andrey Kramariç (11), Marselo Brozoviç (45+2) və Luka Modriç (56-pen) hərəyə bir dəfə fərqlənib. Ev sahiblərinin sonuncu qolunu isə Rəşad Sadıqov vurub. “Qarabağ”ın müdafiəçisi 61-ci dəqiqədə avtoqola imza atıb.

 

 AVRO-2016-nın seçmə mərhələsi

 

“H” qrupu

 

Xorvatiya – Azərbaycan - 6:0

QOLLAR: Andrey Kramariç, 11, İvan Perisiç, 34; 45, Marselo Brozoviç, 45+2, Luka Modriç, 56-pen, Rəşad Sadıqov, 61-avtoqol

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2654

Oxşar yazılar