Rio-2016: Xetaq Qazyumov da gümüş qazandı - <span style="color:red;">YENİLƏNİB
21 avqust 2016 22:35 (UTC +04:00)

Rio-2016: Xetaq Qazyumov da gümüş qazandı - YENİLƏNİB

Braziliyanın Rio-de-Janeyro şəhərində təşkil edilən Yay Olimpiya Oyunları çərçivəsində Azərbaycan güləşçisi Xetaq Qazyumov final görüşünü keçirib.

 

APA-nın məlumatına görə, 97 kq çəki dərəcəsində mübarizə aparan idmançımız finalda son dünya çempionu, ABŞ təmsilçisi Frederik Kayl Sneyder  ilə güləşib. Bunadək bütün rəqiblərini məğlub edən Xetaq Qazyumov bu dəfə qələbə qazana bilməyib.

 

Beləliklə, Azərbaycan Rio Olimpiadasında daha bir gümüş medal qazanıb.

 

***

 

 Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında Azərbaycan güləşçisi Xetaq Qazyumov növbəti görüşə çıxıb.

 

APA-nın məlumatına görə, Azərbaycan güləşçisinin yarımfinal mərhələsində rəqibi ukraynalı Valeri Anditsev olub.

 

X. Qazyumov 11:0 hesabı ilə qalib gələrək finala çıxıb. 

 

 

***

 

saat 17.37

 

 

Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında Azərbaycan güləşçisi Xetaq Qazyumov növbəti görüşə çıxıb.

 

APA-nın məlumatına görə, Azərbaycan güləşçisinin 1/4 final mərhələsində rəqibi özbəkistanlı Maqomed İbraqimov olub.

 

 

X. Qazyumov 12:3 hesabı ilə qalib gələrək yarımfinala çıxıb. 

 

 

***

 

16.50

 

Azərbaycan güləşçisi Xetaq Qazyumov 1/8 final mərhələsində qalib gəlib.

 

APA-nın məlumatına görə,X. Qazyumovun rəqibi iranlı Mohammed Ali Reza Yazdani olub.

 

Gərgin döyüşü 2:1 hesablı qələbə ilə ilə başa vuran Xetaq 1/4 finala yüksəlib.

 

***

 

saat 15.58

 

Bu gün Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında Azərbaycan yığmasının üzvü, sərbəst güləşçi Xetaq Qazyumovun təsnifat mərhələsində  ilk görüşü olub.

 

APA-nın məlumatına görə, İki Olimpiadanın (Pekin-2008 və London-2012) və dünya çempionatının bürünc, Avropa çempionatının gümüş, “Bakı-2015” Avropa Oyunlarının isə qızıl mükafatçısı olan pəhləvanımızın rəqibi Polşa güləşçisi Radoslav Baran olub.

 

Görüş X. Qazyumovun qələbəsi ilə başa çatıb. 

# 192
avatar

APA Baycan

Oxşar yazılar