“Bavariya” – “Barselona” oyununun gedişində sonradan meydana daxil olan Xavi Hernandes yeni bir rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, “Barselona”nın 35 yaşlı yarımmüdafiəçisi Çempionlar Liqasında 150-ci dəfə meydana çıxıb ki, bu da turnirin tarixində ilk belə hadisədir.
Çempionlar Liqası tarixində ən çox oyun keçirən oyunçu kimi rekord qıran yarımmüdafiəçinin bu uğuru sadəcə bir gün davam edəcək kimi görünür. Çünki, bu matça qədər Xavi ilə eyni sayda – 149 oyun keçirmiş, bir başqa əfsanə İker Kasillas digər yarımfinal görüşündə “Yuventus”a qarşı meydana çıxmaqla “Barselona”lı futbolçuya ortaq olmuş olacaq.