İspaniya millisinin və “Barselona”nı sabiq yarımmüdafiəçisi Xavi Hernandes Qətərdə 2022-ci ildə keçiriləcək dünya çempionatının səfiri təyin edilib.
Qol.az-ın turnirin təşkilat komitəsinin saytına istinadən yaydığı xəbərə görə, hazırda “Əl-Sədd”də çıxış edən 38 yaşlı futbolçu 4 il sonra təşkil olunacaq mundialın ilk beynəlxalq səfiridir.