Milli komandamızın üzvü Vüqar Nadirov "Qarabağ"dan ayrılıb. Lent.az-ın məlumatına görə,bu barədə Qol.Az-a 28 yaşlı hücumçu özü məlumat verib.
Ağdam klubu Nadirova yeni müqavilə təklif etsə də o, şərtlərlə razılaşmayıb.
"Qarabağ"ın yetirməsi olan futbolçu artıq azad agent statusu aldığını da bildirib.