Vladimir Kliçko yenə dünya çempionu titulunu qorudu
16 noyabr 2014 06:31 (UTC +04:00)

Vladimir Kliçko yenə dünya çempionu titulunu qorudu

Super ağır çəki dərəcəsində dünya çempionu, Kiyevin hazırkı meri Vitali Kliçkonun qardaşı Vladimir Kliçko  bolqar Kubrat Pulevi məğlub edərək WBA, WBO, IBF və IBO versiyaları üzrə dünya çempionu titulunu qoruyub.

 

APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, döyüş Hamburqun “O2 World Arena” səhnəsində 16 min tamaşaçının qarşısında baş tutub. Beş raund ərzində Kliçko  Kubrat Pulevi 3 dəfə nokdaun vəziyyətinə salıb.

 

38 yaşlı  Vladimir Kliçko karyerası ərzində 63 qələbə qazanıb. Kubrat Pulev isə Hamburqda ilk məğlubiyyətini yaşayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1831
avatar

Oxşar yazılar