Azərbaycan Velosiped İdmanı Federasiyası, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Tələbə Gənclər Təşkilatı velosiped idmanının inkişafına və yaradıcı gənclərin tanıdılmasına dəstək olmaq məqsədilə idmanın bu növü ilə bağlı rəsm, heykəl və dekorativ sənət növləri üzrə müsabiqə elan edir. Azərbaycan Velosiped İdmanı Federasiyasından Lent.az-a verilən məlumata görə, qaliblərin adı dekabrın 24-də açıqlanacaq. Müsabiqəyə qəbul edilmiş ən yaxşı əsərlər dekabrın 24-dən 26-dək “ParkBulvar” AVM-də sərgilənəcək. Ən yaxşı üç əsərin müəllifi müvafiq olaraq 500, 300 və 200 manat məbləğində pul mükafatlarına layiq görüləcək. Bundan başqa, digər həvəsləndirici mükafatlar da nəzərdə tutulub. Rəsm əsərlərinin ölçüləri 60x80 santimetrdən kiçik olmamalıdır. Əsərlər dekabrın 20-dək Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Tələbə Gənclər Təşkilatına təqdim edilməlidir. Maraqlananlar (+99455) 284-99-96 və (+99455) 211-37-97 nömrəli telefonlara zəng edərək ətraflı məlumat əldə edə bilərlər.

Velosiped idmanı ilə bağlı müsabiqə keçiriləcək
Oxşar yazılar

24 yaşlı Erlinq Haaland Messi və Ronaldonun rekordlarını üstələdi: nədən söhbət gedir?
29 iyun 2025 , 15:51
Lamin Yamal sevimli oyunçusunun adını çəkdi - bu, Neymar və Messi deyil
29 iyun 2025 , 14:02
"Çelsi" dünya çempionatının 1/4 finalına yüksəldi
29 iyun 2025 , 04:19
"Palmeyras" dünya çempionatının 1/4 finalında
29 iyun 2025 , 01:32
Poqba "Monako" ilə müqavilə imzaladı
28 iyun 2025 , 21:52
"Barselona" Messinin maaş borcunu indi ödəyir
28 iyun 2025 , 17:53
30 milyonluq futbolçunu 100 milyona satırlar - 4 klub onu istəyir
28 iyun 2025 , 16:41