Vaqif Cavadovun sabiq baş məşqçisi də getdi
26 fevral 2013 13:09 (UTC +04:00)

Vaqif Cavadovun sabiq baş məşqçisi də getdi

Hollandiyanın “Tvente” futbol klubunun baş məşqçisi Stiv Maklaren istefa verib. Lent.az-ın məlumatına görə, Maklarenin komandaya ikinci qayıdışı 14 ayadək davam edib.

 

52 yaşlı mütəxəssis “Tvente”nin baş məşqçi postuna ilk dəfə 2008-ci ilin mayında təyin olunub. Onun rəhbərliyi dövründə - 2010-cu ilin yanvarında Azərbaycan yığmasının futbolçusu Vaqif Cavadov da bu kluba keçib. Cavadov zədə üzündən meydana çıxmasa da, bu klub mövsümü qızıl medalla başa vurub. Bundan sonra əvvəlcə Maklaren, sonra isə Cavadov “Tvente”ni tərk edib.

 

İngiltərəli mütəxəssis bu komandaya ötən il yanvarın 5-də qayıdıb. Ötən mövsüm “Tvente” Hollandiya çempionatını 6-cı pillədə başa vurub, hazırda isə 5-ci pillədədir.

# 735
avatar

Oxşar yazılar