Valeri Karpin "Qalatasaray"ı çalışdıra bilər
02 oktyabr 2014 18:38 (UTC +04:00)

Valeri Karpin "Qalatasaray"ı çalışdıra bilər

0

Məşhur rusiyalı futbol mütəxəssisi Valeri Karpin “Qalatasaray”ı çalışdıra bilər. Lent.az-ın xəbərinə görə, bu barədə "İTAR-TASS" İtaliya mətbuatına istinadən xəbər yayıb.

 

İtaliya mətbuatının yazdığına görə, “Qalatasaray” rəhbərliyi klubun son oyunlarda göstərdiyi uğursuz nəticələrdən sonra baş məşqçi Çezare Prandelli ilə yollarını ayırmaq qərarına gəlib. Ç.Prandellinin yerinə isə Valeri Karpinin gətiriləcəyi deyilir.

 

“Spartak” Moskvanın sabiq baş məşqçisi V.Karpin bu ilin yayından etibarən İspaniya 2-ci divizionunda çıxış edən “Malyorka”nı çalışdırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1329

Oxşar yazılar