Yamayka millisinin baş məşqçisi altı qat olimpiya çempionu sprinter Useyn Boltu yığmaya cəlb etmək istəyir. Lent.az-ın spornet.az-a istinadən məlumatına görə, Vinfrid Şefer atleti komandasında görmək istəyir.
Almaniyalı mütəxəssis fikirini belə izah edib: "Bolt yamaykalıdı və mən onu komandamda görmək istərdim. Bu barədə onun özündən xahiş edəcəm. Ümid edirəm o ölkəsi üçün oynamağa razılıq verəcək. Bu bizim ümumi məqsədimizdir”.
Şeferin sözlərinə görə, Boltun milliyə dəvət edilməsi futbol üzrə 2016-cı il Olimpiya oyunlarından sonraya planlaşdırılır.
Qeyd edək ki, Useyn Bolt 6 qat olimpiya çempionu, 8 qat dünya çempionudur. O 100 və 200 metr məsafələrdə dünya rekorduna sahibdir