İsveç millisinin və Fransanın “PSG” klubunun ulduz futbolçusu İbrahimoviçə sui-qəsd hazırlanıb. Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, 2003-2010-cu illər arası 2 nəfəri öldürən, bir çox şəxsi öldürməyə cəhddə təqsirləndirilərək ömürlük həbs cəzası alan Peter Mangsın Zlatan İbrahimoviçi də öldürmək planı olduğu ortaya çıxıb.
Belə ki, P. Mangs 2009-cu ildə futbolçunun avtomobilini Malmo şəhərində yol kənarında saxladığını görüb. Evindən silah götürüb həmin yerə qayıdarkən artıq İbrahimoviç həmin yeri tərk edib. Mangsın ulduz futbolçusunu öldürmək istəməsinin səbəbi onun pribaltika əsilli olması olub.
Mangs 2003-2010-cu ildə pribaltikadan köçkün düşmüş şəxslərə silahlı basqınlar edib. 2010-cu ildə saxlanan Mangsın evindən cinayət törətdiyi silahlar aşkarlanıb. 3 il gedən məhkəmələr sonunda o, ömürlük həbs cəzası alıb.