UEFA azərbaycanlı hakimə Çexiyanın oyununu tapşırdı
02 sentyabr 2015 02:37 (UTC +04:00)

UEFA azərbaycanlı hakimə Çexiyanın oyununu tapşırdı

0

21 yaşlılardan ibarət milli komandaların 2017-ci ildə Polşada keçiriləcək Avropa Çempionatının seçmə mərhələ oyunları davam edir. Apasport.az saytının məlumatına görə, seçmə mərhələ çərçivəsində baş tutacaq Çexiya – Malta matçını azərbaycanlı hakimlər briqadası idarə edəcək.

 

Belə ki, UEFA sentyabrın 4-də Bakı vaxtı ilə saat 21:00-da başlayacaq oyuna FİFA referisi Rəhim Həsənovu baş hakim təyin edib.

 

Bu məsul oyunda Həsənova Namiq Hüseynov və Vaqif Musayev yardımçı olacaqlar.

 

Oyunun 4-cü hakimi isə Əliyar Ağayev təyin olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 359

Oxşar yazılar