Türkiylə millisinin heyəti açıqlandı: <span style="color:red;">Fatih Terimdən sürpriz qərar
27 avqust 2016 00:15 (UTC +04:00)

Türkiylə millisinin heyəti açıqlandı: Fatih Terimdən sürpriz qərar

Türkiyə yığmasının Rusiya ilə yoldaşlıq və DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Xorvatiya ilə oyunlar üçün heyəti açıqlanıb. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, baş məşqçi Fatih Terimin seçimləri birmənalı qarşılanmayıb.

 

Belə ki, Arda Turan, Burak Yılmaz, Caner Erkin və Hakan Baltanın əsas heyətdən kənarda qalması diqqət çəkib.

 

Milliyə aşağıdakı futbolçular dəvət alıb.

Qapıçılar: Harun Tekin ("Bursaspor"), Onur Kıvrak ("Trabzonspor"), Volkan Babacan ("Başakşehir")

Müdafiəçilər: Ahmet Oğuz, Ahmet Çalık (hər ikisi "Gənclərbirliyi"), Şener Bayraklı, Hasan Ali Kaldırım, İsmail Köybaşı (hamısı "Fənərbaxça"), Çağlar Söyüncü ("Frayburq"), Serdar Aziz ("Qalatasaray")

Yarımmüdafiəçilər: Hakan Çalhanoğlu ("Bayer" Leverkuzen), İrfan Can Kahveci ("Gənclərbirliyi"), Mehmet Topal, Ozan Tufan, Salih Uçan, Volkan Şen (hamışı "Fənərbaxça"), Nuri Şahin , Emre Mor (hər ikisi "Borussiya" Dortmund), Oğuzhan Özyakub, Olcay Şahan (hər ikisi "Beşiktaş"), Gökhan Töre ("Vest Hem"), Cengiz Ünder ("Başakşehir")

Hücumçular: Cenk Tosun ("Beşiktaş"), Yunus Mallı ("Maynts"), Enes Ünal ("Tvente")

 

Qeyd edək ki, Türkiyə mətbuatında yer alan məlumatlara görə, əgər sənədlərində olan probelmlər qaydasına düşsə, “Qalatasaray”ın futbolçuları Sinan Gümüş və Tolqa Ciğərçi də milli komandanın sıralarına qoşulacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 212
avatar

Oxşar yazılar