Türkiyə futbol yığmasının baş məşqçisi Bakıda! - EKSKLÜZİV
16 aprel 2013 17:31 (UTC +04:00)

Türkiyə futbol yığmasının baş məşqçisi Bakıda! - EKSKLÜZİV

Futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi Abdullah Avcı Bakıya gələcək. Bu haqda Lent.az-a 50 yaşlı mütəxəssislə danışıqları aparan “Bakı” klubu prezidentinin müşaviri Tunc Afşar məlumat verib.

 

Onun sözlərinə görə, 50 yaşlı mütəxəssis “Bakı”nın prezidenti Hafiz Məmmədovla AFFA-nın dəvəti əsasında ölkəmizə təşrif buyuracaq. Əvvəlcə Avcı aprelin 30-da paytaxtın eyniadlı komandası ilə İspaniya “Atletiko”su arasında Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək yoldaşlıq görüşünü izləyəcək. Ertəsi gün isə o, Azərbaycan və dünyanın veteran futbolçularının Heydər Əliyevin 90 illik yubileyi münasibətilə yoldaşlıq görüşünün iştirakçısı olacaq.

 

Qeyd edək ki, “Atletiko”nun heyətində Türkiyə milli komandasının futbolçularından Arda Turan çıxış edir.

# 1198
avatar

Oxşar yazılar