Türkiyə dünyada futbolçu transferlərinə ən çox xərc çəkən ölkələr arasında
17 aprel 2013 16:10 (UTC +04:00)

Türkiyə dünyada futbolçu transferlərinə ən çox xərc çəkən ölkələr arasında

FİFA 2012-ci ilin transferləri ilə bağlı hesabat hazırlayıb. Lent.az-ın məlumatına görə, 33 səhifəlik rəsmi sənəddə futbolçu keçidləri müxtəlif göstəricilər üzrə təsnifləşdirilib.

 

Beynəlxalq futbolçu keçidləri bazarının ümumi həcmi 2,53 milyard dollar təşkil edib. Bu, 2011-ci illə müqayisədə 10 faiz çoxdur. 

 

Ötən il digər çempionatlardan alınan futbolçulara ən çox xərci İngiltərə klubları çəkib. Bu, 314 milyon dollar təşkil edib. 2-ci yerdə Rusiya (256 milyon dollar), 3-cü pillədə isə Türkiyə (78 milyon dollar) qərarlaşıb.

 

Keçidlər üçün agentlərə komissiya haqqını daha çox İngiltərə (59 milyon dollar), İtaliya (41 milyon dollar) və Rusiya (23 milyon dollar) klubları ödəyib.

 

Oyunçu satışından ən çox gəliri Braziliya klubları (121 milyon dollar) qazanıb. 2-ci yerdə Portuqaliya (103 milyon dollar) qərarlaşıb.

 

Beynəlxalq transfer bazarında hamıdan çox oyunçu (1463) Braziliyadan alınıb. 2-ci yerdə Argentina (782), 3-cü pillədə isə Böyük Britaniya (507) qərarlaşıb.

 

Beynəlxalq transferlərə cəlb olunmuş oyunçuların orta yaş həddi isə 24 yaş 14 ay təşkil edib.

# 655
avatar

Oxşar yazılar