Türk futbolunun əfsanəsi Lent.az-a danışdı – MÜSAHİBƏ
22 aprel 2013 18:44 (UTC +04:00)

Türk futbolunun əfsanəsi Lent.az-a danışdı – MÜSAHİBƏ

Futbol üzrə Türkiyə milli komandasının və “Fənərbağça” klubunun sabiq qapıçısı Rüştü Rəçbərin Lent.az-a eksklüziv müsahibəsi

 

- Əvvəlcə Bakıya gözlənilən səfəriniz barədə məlumat verərdiniz...

 

- Bakıya iki məqsədlə gəlirik. Birincisi, “Bakı” klubunun aprelin 30-da İspaniya “Atletiko”su ilə keçirəcəyi dostluq matçı var. “Bakı”nın prezidenti Hafiz Məmmədovun fəxri qonağı kimi gəlirəm. İkincisi, rəhmətlik Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Azərbaycan və Avropanın futbol veteranları arasında mayın 1-də yoldaşlıq görüşü keçiriləcək. Qismət olarsa, biz də orada oynayacağıq.

 

- Səfər çərçivəsində Bakıda başqa görüşləriniz olacaqmı?

 

- Xeyr, hər hansı başqa bir şey yoxdur. Tunc Afşar (“Bakı” klubu prezidentinin müşaviri – E.M.) bizi dəvət etdi. Bizim də həmin tarixə proqramımız münasibdir. Çox məmnun olduq, çox təşəkkür etdik və “orada olacağıq” dedik. İnşallah, Bakıya gələcəyik.

 

- Yəqin ki, Avropa yığmasının qapısını qoruyacaqsınız...

 

- Bəli. Baş məşqçimiz görəv versə, oynarıq (gülür). Əslində bizim üçün oynayıb-oynamamaq önəmli deyil. Bizim üçün belə bir məkanda olmaq fəxrdir, Heydər Əliyevin yubileyində olmaq böyük şərəfdir.

 

- Dəvəti qəbul etməyinizdə maddi amillərin rolu nə dərəcədə oldu?

 

- Əsla. Belə bir tədbirdə yer almaqdan şərəf duyacağımızdan, təklifi qəbul etdik. Razılıq verməyimizin maddi amillərlə əlaqəsi yoxdur.

 

- Bakıya Hakan Şükür və Abdullah Avcının da gələcəyindən xəbəriniz var?

 

- Bəli. Hakanla danışdım. Türkiyənin millət vəkili olduğundan, gərgin templə çalışır. Vaxt tapsa, o da gələcək. Avcının gələcəyi isə tam dəqiqdir.

 

- Əvvəllər də Bakıda olmusunuz. Amma 2000-ci il oktyabrın 11-də Azərbaycan yığması ilə oyuna Türkiyə milli komandasının qapıçısı kimi gəlmişdiniz. Həmin səfəri necə xatırlayırsınız?

 

- Bəli. O zamanlar, azərbaycanca desəm, “kapıcı” idim. Azərbaycan bizə qardaş ölkələrdən biridir. Həmin vaxt bizə olan maraq, sevgi ən yüksək səviyyədə idi. Heç vaxt sıxıntı ilə qarşılaşmadıq. Son dərəcə yaxşı qəbul olunduq, böyük hörmək gördük. Matçlarımız isə nə qədər ciddi olsa da, “fair-pley” prinsiplərinə uyğun keçdi. Azərbaycanlı futbolçular da zaman-zaman Türkiyədə oynadılar. Qardaş ölkələr olduğumuzdan, hər zaman dostluğumuz, sevgimiz, birgəliyimiz dünyanın sonunadək davam edəcək.

 

- Azərbaycan – Türkiyə matçlarının “fair play” prinsiplərinə uyğun keçdiyini söylədiniz. Lakin 13 il öncə elə Sizin də iştirak etdiyiniz qarşılaşmada iki komanda futbolçuları arasında münaqişə baş vermişdi...

 

- Hər nə qədər olsa da, belə matçlarda problemlər meydana çıxa bilər. Amma bütün problemlər meydanın içində bitər. Meydandan kənarda dostluğumuz, yoldaşlığımız, qardaşlığımız hər zaman əbədidir.

 

- Deyəsən, ötən il futbolu buraxmağınıza “Beşiktaş”ın yeni prezidenti Fikrət Ormanın “39 yaşlı qapıçını komandamda görmək istəmirəm” sözləri səbəb olmuşdu...

 

- Bəli. Hörmətli klub prezidenti yeni seçildiyi vaxt belə bir açıqlama verdi. Təbii ki, özü üçün haqlı ola bilər. Lakin mən xüsusən, qapıçılarda xidmət yaşının daha yuxarı olduğunu bilirəm. Hazırda Avropada 40-dan yuxarı yaşda oynayan bir çox qolkiper var. Amma hörmətli prezidentin ayrı fikri vardı. Komandanı yenidən quracaqdılar. Ona görə də məni öz komandasında görmək istəmədi. Mən də sayğı ilə qarşıladım. Bundan sonra ABŞ-dan təkliflər vardı. Əvvəlcə getmək istəyirdim. Lakin okeanın o tayına gedəcəyimiz zaman ailədə problem yaşayacağımı və övladlarımı düşünərək, Amerika səfərindən vaz keçdim. Sonra da futbolu tam buraxmağa qərar verdim.  

 

- Bəs Türkiyənin ortabab komandalarında da oynaya bilməzdiniz?

 

- Oynaya bilərdim. Lakin daim iddialı komandalarda oynadığımdan, başqa komanda çıxış etmək istəmədim.

 

- O vaxtlar Azərbaycan klublarından təklif gəlsəydi, qərarınız necə olardı?

 

- Xeyr. Sayğı ilə qarşılardım, amma futbolu buraxdığımı deyərək, razılıq verməzdim. Oynamaq fikrim olsaydı, ABŞ-a gedərdim. Azərbaycana gələrkən ailə düzənində bir pozulma olacağından, təklifi qəbul etməzdim.

 

- Hazırda nə işlə məşğulsunuz?

 

- Mən bu ili həm dincələrək keçirirəm, həm də “Vatan” qəzetində futbol şərhçisiyəm. Başqa heç bir işim yoxdur. Növbəti il üçün planlarım var. Türkiyə futbolunda bir yerdə vəzifə almaq niyyətindəyəm.

 

- Məşqçi kurslarına yazılmağınız mümkündür?

 

- Məşqçi kurslarında iştirak edərək, sertifikat da almışam. Amma planlarımda məşqçilik yoxdur. İdarəetmə sahəsində yer almağı planlaşdırıram.

 

- Elə isə Aziz Yıldırımı “Fənərbağça”nın prezidenti postunda əvəzləməyiniz mümkündür?

 

- Klub prezidentliyi üçün müəyyən təcrübə əldə etmək lazımdır. Hazırda belə bir düşüncəm yoxdur. O fikrə düşməyim üçün illərin keçməsi lazımdır.

 

- Bəs klub rəhbərliyində yer almağınız necə?

 

- Ola bilər. Bu, bir ehtimaldır. Amma hazırda əsl məqsədim klub rəhbərliyində yer almaq deyil. Yeni işim komanda menecerliyi, koordinatorluğu, federasiyada hansısa vəzifə ola bilər. Hazırda Türkiyə futboluna xidmət etmək istəyirəm. Növbəti mövsümdə nələrin baş verəcəyini deyə bilmərəm. Hazırda ölkəmdən kənarda çalışmaq niyyətində deyiləm.

 

- Türkiyədə futbol adamlarının idman şərhçisi kimi çalışmaları maddi baxımdan sərfəlidirmi?

 

- Hansısa işdə çalışırsınızsa, onun maddi qarşılığı da olur. Bu, az da ola bilər, çox da... İdman yazarlarında da belədir. Amma çox yüksək qazanc yoxdur. Yalnız televiziya şərhçilərindən bir neçəsi istisnadır.

 

- Son olaraq, Azərbaycandakı pərəstişkarlarınıza hansı mesajları vermək istərdiniz?

 

- Azərbaycana gəlməkdən böyük şərəf, məmnunluq duyacağıq. İnşallah, Bakıda görüşərik.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1697
avatar

Oxşar yazılar

“Qalatasaray” Ziyeşlə müqavilə İMZALADI

“Qalatasaray” Ziyeşlə müqavilə İMZALADI

28 iyun 2024 , 23:49
Serbiya millisinin qapıçısı barda dava saldı

Serbiya millisinin qapıçısı barda dava saldı

28 iyun 2024 , 19:25
Ərəb klubu ona hər mövsüm üçün  20 milyon təklif edir 

Ərəb klubu ona hər mövsüm üçün 20 milyon təklif edir 

28 iyun 2024 , 15:56
Çempion yarışa bir neçə gün qalmış  öldü

Çempion yarışa bir neçə gün qalmış öldü

28 iyun 2024 , 14:05
72 yaşlı idmançı dopinqə görə  diskvalifikasiya edildi

72 yaşlı idmançı dopinqə görə diskvalifikasiya edildi

28 iyun 2024 , 12:17
Azərbaycanda bu idmançılara təqaüd veriləcək

Azərbaycanda bu idmançılara təqaüd veriləcək

28 iyun 2024 , 10:14
MMA seks simvolundan erotik FOTOLAR

MMA seks simvolundan erotik FOTOLAR

28 iyun 2024 , 00:34
Bellinqem Sloveniya ilə oyunda Keyni söyüb

Bellinqem Sloveniya ilə oyunda Keyni söyüb

27 iyun 2024 , 19:23