Teymur Rəcəbovdan növbəti heç-heçə
20 mart 2013 01:25 (UTC +04:00)

Teymur Rəcəbovdan növbəti heç-heçə

Böyük Britaniyanın paytaxtı Londonda keçirilən şahmat üzrə İddiaçılar Turnirində 4-cü tura yekun vurulub. Lent.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi Teymur Rəcəbov ağ fiqurlarla rusiyalı keçmiş dünya çempionu Vladimir Kramniki sınağa çəkib.

 

50-ci gedişdən sonra tərəflər “sülh”ə razılaşıblar – 0,5:0,5. Bununla da Rəcəbov turnirdə 2-ci heç-heçə alıb. Qalan oyunlardan isə o, 1 qələbə, 1 məğlubiyyətlə ayrılıb.

 

Turun digər görüşlərinin nəticələri:

 

Levon Aronyan (Ermənistan) – Petr Svidler (Rusiya) – 0,5:0,5

Boris Gelfand (İsrail) – Vasili İvançuk (Ukrayna) – 0,5:0,5

Maqnus Karlsen (Norveç) – Aleksandr Qrişuk (Rusiya) – 1:0

 

Beləliklə, 4 turdan sonra Karlsen və Aronyan hərəyə 3 xalla turnir cədvəlinə başçılıq edirlər. Svidler 2,5 xalla 3-cüdür. Rəcəbovla Kramnik hərəyə 2 xalla 4-5-ci yerləri bölüşürlər. Qrişuk 1,5 xalla 6-cı yeri tutduğu halda, Gelfandla İvançuk hərəyə 1 xalla 7-8-ci pillələrdədirlər.

Qeyd edək ki, 5-ci turda Kramnik – Aronyan, İvançuk – Karlsen, Svidler – Gelfand və Qrişuk – Rəcəbov görüşləri keçiriləcək. Oyunlar martın 20-də olacaq.

 

# 818
avatar

Oxşar yazılar