Azərbaycan şahmatçısı Teymur Rəcəbov Böyük Britaniyanın paytaxtı Londonda davam edən İddiaçılar Turnirində uğursuz çıxışının səbəbini açıqlayıb. Lent.az-ın məlumatına görə, 26 yaşlı şahmatçı oyun praktikasının yoxluğundan şikayətlənib.
Rəcəbov deyib: “Son turnirlərdən birində oynamalı idim. Lakin ailə vəziyyətim buna imkan vermədi. Gördüyünüz kimi, fevralın 23-dən martın 1-dək İsveçrənin Sürix şəhərində keçirilmiş turnirdə mübarizə aparanlar İddiaçılar Turnirinə çox da yaxşı başlamadılar. Amma indi onlar yaxşı formadadırlar”.
Qeyd edək ki, İddiaçılar Turnirində 9 turdan sonra Teymur Rəcəbov 3 xalla 8 şahmatçı arasında sonuncu pillədə qərarlaşıb.