Teymur Rəcəbov liderə uduzmadı
24 mart 2013 01:16 (UTC +04:00)

Teymur Rəcəbov liderə uduzmadı

Böyük Britaniyanın paytaxtı Londonda keçirilən şahmat üzrə İddiaçılar Turnirində ilk dövrəyə yekun vurulub. Lent.az-ın məlumatına görə, martın 23-də baş tutan 7-ci turun bütün oyunları heç-heçə ilə tamamlanıb.

 

Azərbaycan təmsilçisi Teymur Rəcəbov qara fiqurlarla norveçli Maqnus Karlsenə rəqib olub. 36-cı gedişdən sonra tərəflər “sülh” bağlayıblar – 0,5:0,5. Bununla da Rəcəbov Karlsenlə 2 xallıq fərqi azalda bilməyib.

 

Digər görüşlərin nəticələri:

 

Levon Aronyan (Ermənistan) – Aleksandr Qrişuk (Rusiya) – 0,5:0,5

Boris Gelfand (İsrail) – Vladimir Kramnik (Rusiya) – 0,5:0,5

Vasili İvançuk (Ukrayna) – Peter Svidler (Rusiya) – 0,5:0,5

 

7 turdan sonra Karlsenlə Aronyan hərəyə 5 xalla ilk 2 pillədə qərarlaşıblar. Sonrakı 2 yeri hərəyə 3,5 xalla Svidlerlə Kramnik bölüşür. 5-6-cı yerlərdəki Rəcəbovla Qrişukun hərəyə 3, son 2 pillədəki İvançukla Gelfandın hərəyə 2,5 xalı var.

 

8-ci turun görüşləri martın 24-də olacaq:

Maqnus Karlsen – Levon Aronyan

Teymur Rəcəbov – Boris Gelfand

Aleksandr Qrişuk – Vasili İvançuk

Vladimir Kramnik – Peter Svidler

 

Qeyd edək ki, İddiaçılar Turniri aprelin 1-də yekunlaşacaq. 14 turdan ibarət yarışın qalibi hazırkı dünya çempionu, hindistanlı Vişvanatan Anandla üz-üzə gələcək.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1319
avatar

Oxşar yazılar