Böyük Britaniyanın paytaxtı Londonda şahmat üzrə İddiaçılar Turnirinin açılış mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovla Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov da iştirak edib.
Ölkəmizi təmsil edəcək beynəlxalq qrossmeyster Teymur Rəcəbov tədbirə həyat yoldaşı ilə birgə qatılıb.
Qeyd edək ki, turnirə martın 16-da keçiriləcək ilk turun oyunları ilə start veriləcək. 8 şahmatçı dairəvi sistemlə 14 turluq mübarizə aparacaqlar. Qalib aprelin 1-də müəyyənləşəcək.