Taekvondoçularımızdan ilk medal! - <span style="color:red;">YENİLƏNİB
16 iyun 2015 22:08 (UTC +04:00)

Taekvondoçularımızdan ilk medal! - YENİLƏNİB

0

Bu gün Bakı-2015 Avropa Oyunlarında taekvondoçuların mübarizəsinə start verilib.

 

Apasport.az saytının məlumatına görə, ilk yarış günündə 2 çəki dərəcəsində mükafatçıların adına aydınlıq gəlib.

 

Hər 2 çəki dərəcəsində təmsil olunan Azərbaycan millisi günə uğurla başlayıb. Yığmamızın perspektivli taekvondoçularından Patimat Abakarova bürünc medal qazanıb, Məhəmməd Məmmədov Oyunları 5-ci yerdə bitirib.

 

Taekvondo

Kişilər

58 kq

 

Bu çəkidə ölkəmizin idman şərəfini Məhəmməd Məmmədov qoruyub. Gənclər arasında Avropa çempionu ilk görüşündə israilli Gili Haimovitslə gücünü yoxlayıb. Yeniyetmələrin dünya birinciliyinin gümüş medalçısı rəqibinə çətin anlar yaşadaraq, layiqli qələbə qazanıb.

 

Haimovitsə 7:4 hesabı ilə qalib gələn həmyerlimiz 1/4 finalda ispaniyalı Xesus Tortosa Qabrera ilə qüvvəsini sınayıb. Qarşılıqlı hücumlar şəraitində keçən döyüş rəqibin qələbəsi ilə başa çatıb. 2014-cü ildə Bakıda Avropa çempionatının bürünc medalını qazanan Qabrera 8:3 hesabı ilə qalib gələrək, yarımfinala yüksəlib.

 

İspan taekvondoçu finala yüksəldiyindən Məmmədov təsəlliverici görüşə qatılıb. Həmyerlimiz 1/4 finaldakı məğlubiyyətin revanşını İlya Kokşintsevdən (Belarus) alıb. Rəqibinə 15:3 hesabı ilə qalib gələn Məmmədov 3-cü yer uğrunda qarşılaşmada Muhamed Ketbi Si (Belçika) qüvvəsini sınayıb. Hesabı idmançımız açsa da, döyüş heç-heçə bitib – 4:4. Bu səbəbdən qalib qızıl xalla müəyyənləşib. İlk zərbə isə rəqibdən gəldiyindən Məmmədov yarışı 5-ci yerdə bitirib.

 

Qadınlar

49 kq

 

Qadınlardan ibarət yığmamızın heyətində Oyunlara Patimat Abakarova start verib. İslam Həmrəyliyi Oyunlarının mükafatçısı rusiyalı Aleksandra Liçaqina ilə münasibətinə aydınlıq gətirib. Görüşə uğurla başlayan idmançımız sona kimi üstünlüyünü qoruyub və döyüşü inamlı qələbə ilə başa vurub – 7:1.

 

O, 1/4 finalda İoanna Kuotsou (Yunanıstan) ilə qarşılaşıb. Görüş taekvondoçumuzun qələbəsi ilə başa çatıb. 20 yaşlı idmançımız özündən 8 yaş böyük olan Avropa çempionunu 4:2 hesabı ilə məğlub edib.

 

Patimat finala gedən yolda serbiyalı Tiyana Boqdanoçivlə gücünü yoxlayıb. Taekvondoçumuz üçün hər şey yaxşı başlayıb. Abakarova hətta 5:1 hesabı ilə önə də keçib. Lakin görüş 6:6 hesabı ilə başa çatdığından qalib qızıl xalla müəyyənləşib. Həlledici məqamda isə hücuma keçən idmançımız gözlənilmədən zərbə buraxıb – 6:7. Bu isə onun finala çıxmasına mane olub.

 

Patimat bürünc medal uğrunda çıxışını davam etdirib. O, Erika Nikoli (İtaliya) ilə qarşılaşıb və rəqibinə çətin anlar yaşadıb. Sonadək inamla döyüşən təmsilçimiz vaxtından əvvəl qələbə qazanıb - 13:0. Bu medalla taekvondo yığmamız ilk "bürünc"ünü, ümumilikdə isə Azərbaycan yığması 19-cu medalına sahib çıxıb.

 

Bu bürünc medal yığmamızın ümumilikdə 19-cu mükafatı olub.

 

 

Qeyd edək ki, taekvondo yarışları 4 gün keçiriləcək və hər gün 2 dəst medal öz sahibini tapacaq.  

***

49 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən taekvondoçu Patimat Abakorova finala vəsiqə qazana bilməyib. . Lent.az-ın məlumatına görə, o, yarımfinal qarşılaşmasında Serbiya idmançısı Tijana Bogdanla qarşılaşıb. Normal vaxt 6-6 başa çatıb. Qızıl xalı qazana bilməyən idmançımız döyüşü 6-7 hesabı ilə məğlub olub. Abakorova bürünc medal uğrunda döyüşdə iştirak edəcək.

 

 

 

 

************

15:41

Avropa Oyunlarında 49 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən xanım taekvondoçumuz Patimat Abakarova yarımfinala yüksəlib. Lent.az-ın məlumatına görə, o, 1/4 final mərhələsində yunanıstanlı İonna Koutsouya 4-2 hesabı ilə qalib gələrək, adını yarımfinala yazdırıb.

 

58 kq çəki dərəcəsində millimizi təmsil edən Məhəmməd Məmmədov isə mübarizəni dayandırıb. O, 1/4 final mərhələsində ispaniyalı Cabrera Tortosaya  3-8 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb.

 

*********

11:01

Bu gün Avropa Oyunlarında iştirak edən taekvondoçularımız 2 çəki dərəcəsi üzrə mübarizəyə başlayıb. Lent.az-ın məlumatına görə, kişilərin 58 kq çəki dərəcəsində millimizi Məhəmməd Məmmədov təmsil edir. O, ilk görüşündə İsrail idmançısı Gili Haimovitslə qarşılaşıb. Görüş 7-4 hesabı ilə M.Məmmədovun xeyrinə başa çatıb.

O, növbəti mərhələdə ispaniyalı Cabrera Tortosayla qarşışacaq.

 

Qadınların 49 kq çəki dərəcəsində Azərbaycanı Patimat Abakarova təmsil edir. O, ilk görüşdə rusiyalı Aleksandrayla gücünü sınayıb. Qarşılaşma 7-1 hesabı ilə həmvətənimizin qələbəsi ilə başa çatıb. P. Abakarova 1/4 final mərhələsində Yunanıstan idmançısı İonna Koutsou ilə üz-üzə gələcək.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 426

Oxşar yazılar