Şumaxer artıq komada deyil
17 iyun 2014 04:05 (UTC +04:00)

Şumaxer artıq komada deyil

“Formula-1” yarışması üzrə yeddiqat dünya çemionu Mixael Şumaxer komadan çıxıb.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, idmançının meneceri Sabina Kem bu haqda açıqlama verib: “Müalicə - bərpa mərhələsini keçmək üçün Mixael klinikanı tərk edib. O, artıq komada deyil”.

 

Onun sözlərinə görə, idmançının ailəsi həkimlərə, tibb bacılarına, eləcə də bədbəxt hadisədən xilas olmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

 

“Ailəsi həm də Mixaelə xoş niyyətli ismarıclar göndərənlərə də sağ olunu çatdırıb. Ancaq onun bərpası prosesi ictimaiyyətin iştirak olmadan keçəcək. Ailəsi bunu anlayışla qarşılamanızı istəyir”-deyə, S.Kem bəyan edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1006

Oxşar yazılar