Suarez meydana qayıtdı
11 oktyabr 2014 18:13 (UTC +04:00)

Suarez meydana qayıtdı

Luis Suarez 4 aylıq fasilədən sonra ilk dəfə Səudiyyə Ərəbistanı-Uruqvay yoldaşlıq görüşündə meydana çıxıb. Lent.az-ın Türkiyənin “Fanatik” qəzetinə istinadən verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı-Uruqvay oyunu rəsmi status daşımadığından L.Suarez meydana çıxıb.  

 

70 dəqiqə meydanda olan L.Suarez komandasının vurduğu yeganə qolda pay sahibi olub. Oyunun 46-cı dəqiqəsində “Barselona”lı hücumçunun zərbəsi Səudiyyə Ərəbistanının müdafiəçisi Hassan Muat Fallataha dəyərək tora daxil olub. Səudiyyə Ərəbistanı-Uruqvay 1:1 hesabı ilə başa çatıb.

 

L.Suarezin klubdakı cəzası isə 25 oktyabrda bitir. Həmin gün “Santiyaqo Bernabeu”da keçiriləcək “Real” Madrid və “Barselona” qarşılaşmasında L.Suarezin meydana çıxması gözlənilir.

 

L.Suarez bu il Braziliyada keçirilən dünya çempionatında İtaliya ilə oyunda rəqib komandanın müdafiəçisi Corcio Kyellinini dişlədiyi üçün FİFA tərəfindən 4 ay futboldan və 9 oyun yığmada oynamaq hüququndan məhrum edilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 726
avatar

Oxşar yazılar