Soçidən Azərbaycana bayraq gətiriləcək
15 aprel 2013 14:46 (UTC +04:00)

Soçidən Azərbaycana bayraq gətiriləcək

Aprelin 15-də Rusiyanın Soçi şəhərində Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının ( AİPS) 76-cı Konqresi işə başlayıb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 5 gün davam edəcək toplantıda Azərbaycandan AİPS-in 4 üzvü təmsil edir.

 

Bunlar Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Qabil Mehdiyev, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının prezidenti Eldar İsmayılov və vitse-prezidenti Nərgiz Mahmudzadədir.

 

Gələn il AİPS-in 77-ci konqresi Azərbaycan paytaxtında təşkil ediləcək. Bu münasibətlə təşkilatın bayrağının Azərbaycan nümayəndə heyətinə təqdim edilməsi gözlənilir. Tədbirin gedişində ölkəmizin ev sahibliyi ilə bağlı təqdimatı da olacaq. AİPS-in Konqresi keçmiş SSRİ məkanında əvvəllər yalnız bir dəfə - 1980-ci il Moskva Yay Olimpiya Oyunları ərəfəsində Moskvada təşkil edilib.

 

Qeyd edək ki, Bakıda keçiriləcək 77-ci Konqres AİPS-in 90 illik yubileyinə təsadüf edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 755
avatar

Oxşar yazılar