“Qalatasaray” klubunun yarımmüdafiəçisi Uesli Sneyder baş məşqçi Çezare Prandelliyə etiraz əlaməti olaraq komandanın məşqini yarımçıq tərk edib. Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, hollandiyalı futbolçu baş məşçinin ona ikinci heyətlə məşq etməli olduğunu bildirdikdən sonra bu addımı atıb.
Prandellinin bu qərarı ilə razılaşmayan Sneyder paltardəyişmə otağına yollanıb. Məsələyə müdafilə edən klubun vitse-prezidenti Abdurrahim Albayrak təcrübəli futbolçunu sakitləşdirib və məşqə qaytarıb.
Prandelli isə bu səbəbdən superliqanın son turunda “Kasımpaşa” ilə oyunda Sneyderi heyətə daxil etməyib.
Sneyderdən Prandelliyə qarşı hörmətsizlik
917