"Atletiko"nun prezidenti Enrike Sereaso baş məşqçi Dieqo Simeonenin klubdan ayrılacağı ilə bağlı yayılan iddialara münasibət bildirib.
Lent.az-ən “qol.az”-a istinadən məlumatına görə, o, bu xəbərləri təkzib edib:
"Simeone "Atletiko"dan ayrılmayacaq. O, burada xoşbəxtdir və işinə davam edəcək. Yayılan iddialar şayiədir".
Qeyd edək ki, Simeonenin "Mançester Siti"ni çalışdıracağı iddia edilirdi.