Avro-2016-nın seçmə mərhələsində keçirilən Serbiya - Albaniya matçında baş verən insidentlə bağlı UEFA araşdırmaya başlayıb. Lent.az-ın məlumatına görə, qurumun İntizam Komitəsi qərarını oktyabrın 23-də açıqlayacaq. İngiltərə mətbuatının iddiasına gıörə, həm Serbiya, həm də Albaniya yığmaları AÇ-2016-nın təsnifat mərhələsindən kənarlaşdırılacaq.
Qeyd edək ki, sözügedən matçın 44-cü dəqiqəsində pultla idarə olunan mini helikopterlə 2008-ci ildə Serbiyadan ayrılan Kosovanın da əhatə olunduğu xəritənin yer aldığı Albaniya bayrağı meydançaya endirilib. Məhz bundan sonra futbolçuları arasında gərginlik yaşanıb. Nəticədə baş hakim oyunu yarımçıq saxlamaq məcburiyyətində qalıb.