Sabah Azərbaycanda buzadırmanma çempionatı başlayır
30 yanvar 2015 10:20 (UTC +04:00)

Sabah Azərbaycanda buzadırmanma çempionatı başlayır


Yanvar 31-i və fevral 1-i  Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Qusar rayonunun Ləzə kəndi yaxınlığındakı donmuş şəlalələrdə Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı keçiriləcək. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, beynəlxalq federasiyaların tələbləri və şərtlərinə uyğun olaraq təşkil olunan çempionata Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının nəzdində fəaliyyət göstərən respublikanın müxtəlif bölgələrindən olan klubların idmançıları qatılacaq.

 


Qeyd edək ki, son dövrlərdə ölkəmizdə bu kimi milli və beynəlxalq əhəmiyyətli yarışların keçirilməsi artıq ənənəyə çevrilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 175
avatar

Oxşar yazılar