"Neftçi"yə məxsus olan, icarə əsasında "Hayduk"da çıxış edən Ruslan Qurbanov Xorvatiya klubunda ilk qolunu vurub. Lent.az-ın qol.az-a istinadən verdiyi məlumatına görə, gənc hücumçu aşağı liqa təmsilçisi "Sladorana"la yoxlama oyununda fərqlənib.
Görüşdən 4:0 hesablı qələbə ilə ayrılan "Hayduk"un ilk qolunu start heyətdə meydana daxil olan Qurbanov vurub.