Ruslan Abışov və Vüqar Nadirov “Xəzər Lənkəran”dan ayrıldı
13 sentyabr 2015 09:55 (UTC +04:00)

Ruslan Abışov və Vüqar Nadirov “Xəzər Lənkəran”dan ayrıldı

0

Bu gün "Xәzәr Lәnkәran" Topaz Premyer Liqasının 4-cü turu çәrçivәsindә "Qarabağ"ın qonağı olub. Apasport.az saytının məlumatına görə, cәnubluların 0:1 hesabı ilә uduzduğu oyundan sonra komandanın baş mәşqçisi Yunis Hüseynov maraqlı açıqlama verib.

 

O, bildirib ki, komandanın bu mövsüm heyәtә qatdıqları Ruslan Abışovla Vüqar Nadirov "Xәzәr Lәnkәran”dan ayrılıblar.

 

Qeyd edәk ki, hәr iki futbolçunun komandadan ayrılmasına sәbәb FİFA-nın "Xәzәr Lәnkәran"a 2015-ci ilin sonuna qәdәr heç bir futbolçunun qeydiyyata salmasına icazә vermәmәsidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 338

Oxşar yazılar